Türkiyəli müğənni Doğuş "Xəzər maqazin"ə açıqlama verib.

Unikal.org-un məlumatına görə, o bildirib ki, azərbaycanlı müğənnilərdən kim onun mahnısını icazəsiz oxusa, onu məhkəməyə verəcək:

"İcazə almadan mahnımı oxuyan sənətçilər var. Söz və musiqisi mənə aid olan "İçimə atıyorum aşk" mahnısını oxuyublar. İcazəmi alsalar, daha yaxşı olur. İcazəsiz oxuyanları məhkəməyə verəcəm. Bütün müğənnilərə mahnılarım açıqdır. Köhnə mahnılarımı yenidən gündəmə gətirəcəm".