Türkiyənin məşhur müğənnisi  Sərdar Ortaç gecə klubunda konsert verib.

Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, ifaçı, səhnə aldığı məkanda şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar edib.

2014-cü ildə İrlandiyalı model Xloya Louqhnan ilə evlənən ulduz, "kim deyərdi ki, Sərdar bir gün evlənəcək. Xanımının sözündən çıxmayacaq! Xoşbəxtliyimi təsəvvür edə bilmərsiniz. Bankdakı pulumun hamısını, daşınmaz əmlaklarından gələn gəlirləri, bütün var-dövlətimi həyat yoldaşıma vermişəm. Bir az çox xərcləyən kimi, məndən dərhal hesab soruşur. Ona sonuna qədər inanıram. Mənə heç vaxt xəyanət eləməz. Son qəpiyimə kimi Xloyaya halal olsun." sözlərini deyib.