Azərbaycanda 8 rayonda heyvan oğurlayanlar tutulub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-dan 20-dək olan müddətdə Samux rayon sakinləri olan 5 nəfərə məxsus ümumilikdə 4 baş inək və 4 baş qoyunu oğurlamaqda şübhəli bilinən Kolayır kənd sakinləri Vasif Rəhimov, İsa Muxtarov və Şahin Mirzəyev tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari ilin avqust-oktyabr aylarında daha 7 rayon sakininə məxsus ümumilikdə 16 baş qoyun və 4 baş inək oğurlamaları da müəyyən edilib.