Xəzər telekanalında yayımlanan "Nəsib olsa" verlişinin budəfəki qonaqları Miri Yusif və əməkdar artist Röya Ayxan olub.

Unikal.org xəbər verir ki, Nəsib Nurun aparıcılıq etdiyi verilişdə duet ortağı olan məşhurların "Səndən bir dənədir" mahnısı müzakirə olunub. Röya bu barədə qeyd edib:

"Bütün duetlərdə həmişə mənim fikrim olub. Bu proyekt bütövlükdə Mir Yusifə və onun komandasına aiddir. Odur ki, elə bu barədə Mir Yusif danışsın".

Miri Yusif mahnının yalançı qəza xəbərindən sonra ərsəyə gəldiyini vurğulayıb:

"Evdə oturmuşdum, telefonuma zəng gəldi. O zaman Səriyyə (köməkçisi - red) Türkiyədə idi. Dəstəyi qaldırdım, ağladığını eşitdim. Eşidib ki, mən qəza etmişəm. Dedim, sağ-salamatam, ailəm də yanımdadır. Belə bir fikir yarandı ki, görəsən məndən neçə dənədir, biri qəza edib, biri evdədi. Səriyyəyə dedim ki, sağ ol. adboy edirəm mahnı yarandı ... Və beləcə " Görəsən səndən neçə dənədir" mahnısı ortaya çıxdı, yarandı".(big.az)