Xalq artisti Aygün Kazımova "Həyat tərzi" verilişində ona hədiyyə gələn balıqlara maraqlı ad qoyub.

Unikal.org-un məlumatına görə, müğənni "Bəyəndim" verilişinə açıqlamasında bunları deyib:

"Birinin adı Elza Seyidcahan olsun. O mənim aksesuarımdı axı. Elzadan dahi fikirlər çıxır. İkinci oğlandı, adını Namiq (meyxanaçı Namiq Qaraçuxurlu - red.) qoyum. Yenə evə gəlsin".

A.Kazımova aparıcının "Balıqlar sudan sürüşüb çıxa bilirlər" sözlərinə belə cavab verib:

"Namiq sürüşüb qaçmaqda Elzaya dərs keçər".(axşam.az)