25 kilo arıqlayan və Hakan Altunla sevgili olması xəbərləriylə gündəmdə olan Türkiyənin məşhur müğənnisi Seren Serengil, "Duymayan kalmasın" verilişində qonaq olub.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni verlişdə Nagihan Karaderenin göstərdiyi hərəkətləri təkrar edərkən çətin anlar yaşayıb. Əynindəki ətəyi ilə müəyyən hərəkətləri etməkdə çətinlik çəkən müğənni ətəyin altında şalvar olmasını nəzərə alaraq, ətəyi çıxardıb. 

Bu zaman ona "Sən də popo qalmamış Seren" deyə aparıcı atmaca atıb.