Bakıda 25 yaşlı oğlanı güllələyən şəxslər həbs olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Bakı şəhər sakini, 25 yaşlı Vasif Abdulovun ayaq nahiyəsinə tüfəngdən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən İlqar Əliyev, Bərdə rayon sakinləri Hüseyn Muxtarov, Zamiq Babayev və Rəşad Bayramov tutulublar.