Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə gömrük postunda İrandan Azərbaycanaa gələn qonşu ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. 

Unikal.org xəbər verir ki, DGK-dan bildirilib.

Məlumata görə, yoxlanma zamanı avtomobilin kabinəsində üzərində "XANAX 0,5 mg ALPRAZOLAM sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib.

Xatırladaq ki, alprazolam adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.