Rusiyanın İvanovo şəhərində ikimərtəbəli bina qaz sızmasından partlayıb.

Unikal.org-un  Trend-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində binanın 80 kvadrat metrlik hissəsi uçub.

Qismən uçan binanın dağıntıları altından 5 sakin xilas edilib, onlardan biri ciddi xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə Rusiya FHN-nin bölgə üzrə Baş İdarəsindən bildirilib.

"Birinci blokdan 6 nəfər, ikinci blokdan isə 8 nəfər təxliyə olunub, dağıntılar altından 5 nəfər xilas edilib, onlardan biri ciddi xəsarət alıb", - deyə FHN-dən bildirilib.

Həmçinin, dağıntılar altından iki nəfərin səsinin eşidildiyi bildirilir.

Məlumata görə, dağıntının sahəsi 80 kv.m. təşkil edib. Binada ümumilikdə 19 sakin qeydiyyata alınıb. 

Son məlumata görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.