Coratda onu sevməyən 24 yaşlı qıza 26 bıçaq vuraraq öldürməkdə təqsirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə başa çatıb. 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə C. Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, qətl bu il yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. C. Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbələri endirərək onu qətlə yetirilib. Hadisə yerindən qaçan C. Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. Əvvəllər də məhkumluq həyatı yaşayan C. Ağayev qətli törətməsinə səbəb kimi S. Salayevanın onu sevməməsini göstərib.