Bakıda 230 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın Təhsil Nazirliyinin Qəbul Portalına daxil olmuş, həmçinin məktəb direktoru Elşən Qafarovun L.Babayevanın üzrsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, araşdırmanın nəticəsində hər iki şəxsin fəaliyyətinə xitam verilib: "Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu ilə bağlanmış əmək müqaviləsi 10.11.2016-cı il tarixdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldəniz qızı ilə bağlanmış əmək müqaviləsi 15.11.2016-cı il tarixdən ləğv edilib.

Qeyd edək ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.