Müğənni və rejissor Özcan Dəniz "İkinci şans" filminin qala gecəsində jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, o, yeni filmində çəkdiyi 19 yaşlı aktrisa Afra Saraçoğluyla sevgili olması haqda suala əsəbiləşib:

"Çaşmayın! Belə şey olar? Bu mövzu daha öncə də pis niyyətli biriləri tərəfindən ortaya atılmışdı. Afra övladımız kimidir. Ayıbdır, belə suallar verməyin".

Özcanın keçmiş sevgilisi, "İkinci şans"da rol alan, lakin ayrıldıqları üçün qala gecəsinə qatılmayan Buse Narcı da bu haqda sosial mediada paylaşım edib:

"Əxlaqımız ehtiraslarımızı idarə edir. Ailə tərbiyəsi almamış, adını qoya bilmədiyim qız nümunəsi..."

Ö.Dənizin 10 il əvvəl məhkəmə ilə ayrıldığı sevgilisi Şəbnəm Şafer isə qala gecəsinə qatılıb. O. filmi bəyəndiyini bildirib.