Bakıda aptekdən külli miqdarda pul oğurlanıb.

Unikal.org DİN-ə istinadən bildirir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakiniNamiq Məmmədova məxsus aptekdən 3224 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Siyabəddin Məmmədov tutulub.