Bakıda bıçaqlanma hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Bakı şəhər sakini Ramiz Allahverdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Allahverdiyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən həmyerlisi Samirə Sadıqova tutulub.