Bakı polisi 7 aydı 6 avtomobildən və bir şirkətən külli miqdarda pul oğrlayan şəx keçirilən əməliyyat tədbirləri nəticəsində yaxalaya bilib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə Bakı şəhər sakinlərinə məxsus olan 6 avtomobildən, 2 nəfərə məxsus həyətyanı sahələrdən, habelə rayon ərazisindəki MMC-lərdən birinin həyətindən pul, sənəd, məişət əşyaları və akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Yusif Cəfərov tutulub.