Rusiyada zorlama maddəsi və qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə axtarışda olan şəxslər Azərbaycanda tutulub.

DİN-dən Unikal.org-a verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəcməddin İsayev, 131-ci maddəsi (zorlama) ilə axtarışda olan Cabir Yusifalıyev tutulub.