Bakıda bir qrup şəxs arasında dava olub.

Unikal.org xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, dava nəticəsində üç nəfər bıçaqlanıb. Xəsarət alan şəxslər - Kamil Məsimov, Namiq Abdullayev və Arif Cəbrayılovdur. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.