Türkiyəli müğənni Orhan Ölmez bıçaqlanıb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, ona qonşuları bıçaq xəsarəti yetiriblər.

Belə ki, o, səs-küy salan qonşularına bir neçə dəfə sakit olmağı tapşırıb. Lakin içkili vəziyyətdə olan qonşulardan 4 nəfər ona 5 bıçaq zərbəsi endirib.

Hazırda sənətçinin vəziyyəti orta-ağır qiymətləndirilir.