Müğənni Emil Bədəlov yenidən restoran biznesi ilə məşğul olacaq.

Unikal.org-un  məlumatına görə, sənətçi bir neçə il əvvəl çay evi açmış, amma sonra bağlamışdı. E.Bədəlov axşam.az-a bildirib ki, hazırda uyğun məkan axtarır:

"8 ay ürəyimcə olacaq məkan axtardım, amma tapmadın. İndi yenə axtarışdayam, istədiyim yeri tapanda, restoran biznesimə yenidən başlayacam. Fikrimdə başqa bizneslər də var.

Qeyd edək ki, E.Bədəlovun eyni zamanda turizm şirkəti də var.