Dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev RPŞ-yə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib.

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyən edilib.