Tovuz sakini qətlə yetirilib.

Unikal.org xəbər verir ki, bu barədə "Reportun Qərb bürosu xəbər verir.

Belə ki, rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyev ürək nahiyəsindən bıçaqlanıb.
O, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.