Akademik Milli Dram Teatrının sərəncamçı direktoru Natiq Gülməmmədov vəzifəsindən azad olunub.
Unikal.org xəbər verir ki, Mədəniyyət və Turizm Naziliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bununla bağlı müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə N. Gülməmmədov A. Şaiq adına Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.
Şöbədən bildiriblər ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri daxilində aparılan müvafiq kadr dəyişikliklərindən biridir.