Daxili İşlər Nazirliyi (DİN) Neftçalada törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, atası Aydını qətlə yetirməkdə təqsirləndirilərək dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovla bağlı polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyənləşib.

Meyitin basdırıldığı yerə baxış keçirilib və qalıqları aşkarlarnaraq götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulub.