"Valideynlərim mənlə dost olmayıblar. Nəsə istəyəndə onlarla bölüşməmişəm. Hər zaman kənarda bir sirdaş axtarmışam.

Unikal.org-un məlumatına görə, bu sözləri aktrisa Xuraman Əlizadə "10-dan sonra verilişində deyib.

Yeni ana olan aktrisa bildirib ki, övladı ilə dost olacaq:

"İndi özüm valideyn olmuşam, istəyirəm ki, onunla dost olum. Oğlum 5 aylıqdır, hər gün yuxudan oyanan kimi ona "Sabahın xeyir olsun, üzün hər zaman gülsün. Böyüyərsən, atanla-ananla hər şeyi bölüşərsən sözlərini deyirəm. Görürəm ki, diqqətlə qulaq asır. Yəni kənarda pis ətrafı olmaqdansa, bütün sirlərini bizimlə bölüşər. Mən bunu ata və anamdan görməmişəm. Hətta sevincimi də anamla bölüşə bilmirəm. Ailəmizdə senzura var idi.