Xaçmazda qətl hadisəsi törədilib. 

Unikal.org "ARB TV-yə istinadən xəbər verir ki,2 ilə yaxındır tüfeyli həyat sürən 49 yaşlı qadın yaşadığı yerdə bıçaqlanıb.

Hadisə gecə saatlarında Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən mərkəzi stadionun yaxınlığında baş verib. Ərazidə yaşayan 49 yaşlı Quçiyeva Ruzarya Georgiyevna bıçaqlanıb.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasınayerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Qonşularınbildirdiyinə görə qətlə yetirilən şəxs stadionun ərazisində olan tikilidə tək yaşayıb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə təqsirli bilinən Xaçmaz şəhər sakini, 31 yaşlı Nəsirov Turxan Akif oğlu saxlanılıb. Hadisənin baş vermə səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.