Böhrana uğradığı deyilən "Çudo peçka" mağazalar şəbəkəsinin sahibi, Röyanın eks əri Anar Cəlilovdan xəbər var.

Unikal.org xəbər verir ki, Vergilər Nazirliyinə 15 min manat borcu olan A.Cəlilovun ölkəni tərk etdiyinə, işçilərin maaşını vermədiyinə dair məlumatlar yayılmışdı.

Lakin o, bu yaxınlarda "Çudo-peçka"da iş başında foto çəkdirərək sosial şəbəkədə paylaşıb. Bununla A.Cəlilov bankrot olduğuna aid gəzən şayiələri təkzib edib.