Ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı İDEA İctimai Birliyinin təşəbbüsü lənkəranlılar tərəfindən də geniş dəstəklənir.
Unikal.org xəbər verir ki, bu nəcib və xeyirxah təşəbbüsə qoşulan lənkəranlılar martın 10-da Xəzər dənizi sahilində yerləşən Sahil Parkına bitişik boş ərazidə ağacəkmə aksiyası keçiriblər.
Rayonun rəhbər işçilərinin, əmək kollektivlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada 1000 ədəd küknar ağacı əkilib.
Qeyd edək ki, bu il Lənkəran rayonunda İDEA İctimai Birliyinin təşəbbüsünə dəstək olaraq 20 min ağacın əkilməsi nəzərdə tutulub.