Peruda polis Santa-Klaus kostyumunda Pinto klanından olduqları ehtimal edilən dörd narkotik alverçisinin gizləndiyi evdə xüsusi əməliyyat aparıb.

Unikal.org xəbər verir ki, "ABC News məlumat yayıb.

Hüquq-mühafizəçilərin sözlərinə görə, əməliyyat nəticəsində bir neçə min kokain bağlaması aşkar edilib. Telekanal qeyd edib ki, şübhəlilərdən biri polis avtomobilinə oturarkən "Sənin həyatını cəhənnəmə çevirəcəm! Söz verirəm! deyə qışqırıb.

Əməliyyata rəhbərlik edən zabit Xorxe Luis Anqulo jurnalistlərə müsahibəsində hüquq-mühafizə orqanlarının tez-tez belə hiyləyə əl atdığını bildirib. O, bu zaman əməliyyatlar daha asan baş tutduğunu vurğulayıb.