Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. 

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ittiham verilib.