Bakıda daha bir toy karvanında "avtoş"u göstərən sürücülərin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, "Niva" markalı, 90 ZH 686, 99 XF 228 və 10 SO 004, habelə, "Hundai" markalı, 01 BP 014 dövlət nömrə nişanlı avtomobillərin toy karvanında göstərdiyi şou qayda pozuntuları ilə zəngindir. Avtomobillərdə sayrışan işıqlar, çoxavazlı, yüksək tonlu səs siqnalları, hətta operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş mikrofonlar da quraşdırılıb.

Təqdim olunan foto və videodan bunu aydın görmək mümkündür. "Niva"ların hamısının duman faralarına sayrışan ksenon lapmalar quraşdırılıb. Bundan əlavə, avtomobillərdən ikisinin yaxın işıqları da ksenondur. Hərəkət zamanı ciddi qayda pozuntularına yol verməsələr də, sürücülərin sağdan ötmə manevrləri, lüzumsuz olaraq səs siqnallarından istifadə etməsi normal vəziyyət deyil.
Həmin görüntüləri təqdim edirik: