"Müğənninin tanınması üçün lazım olan bütün sirləri bilirəm"

Unikal.org xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsi zamanı müğənni Günay İbrahimli deyib.

İfaçı hesab edir ki, müğənninin tanınması üçün ilk öncə Allahdan şansı olmalıdır:

"Bu şans olmadısa, nə qədər özünü reklam edirsənsə, alınmayacaq. Müğənninin diplomu, adı onun mahnılarıdır. Kimsəni təqlid etməməlisən. Biz də gələ-gələ kimlərdənsə öyrənirik. Amma ən əsası özünü tapmalısan. Stilin, janrın olmalıdır. Necə ki, Merilin Manro öz stilini tutmuşdu. Açıq deyəcəm, tanınmaq üçün lazım olan o şans, "fişka məndə var. Bunu sənətə başlayanda yox, zamanla bilmişəm. Belə deyək, səhv bir addım atmışam, amma bu anti-reklam mənə uğur qazandırıb. Amma tanınmağımda əsas rolu mahnı seçimlərim oynayıb".