Xalq artisti Mələkxanım Əyyubovanın anası dünyasını dəyişib.

Unikal.org-un məlumatına görə, bu barədə muğam ifaçısı özü xəbər verib.

"Dünyada ən əziz varlıq anadır. Mən anamı itirdim. Allah ölənlərinizə rəhmət eləsin. Anam Höküməxanımın yeri cənnət olsun. Amin, - deyə M.Əyyubova qeyd edib.

Qeyd edək ki, Höküməxanım, eyni zamanda, müğənni Ramal İsrafilovun nənəsidir.

Allah rəhmət eləsin!