Bu gün xalq artisti Faiq Ağayevin ad günüdür.

Unikal.org-un məlumatına görə, müğənninin 45 yaşı tamam olur.

F.Ağayev özəl gününü sevənləri ilə keçirəcək. Belə ki, müğənninin Heydər Əliyev Sarayında planlaşdırılan ikigünlük konserti bu gün başlayır.

Qeyd edək ki, F.Ağayev 1971-cı ildə Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gəlib.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" - Mogilyov - 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.