İllik "Şalvarsız gün fleşmobu London və Berlində keçirilib.

Unikal.org xəbər verir ki, aksiyanın şalvarsız iştirakçıları şəhərlərin küçələrini dolaşıblar.

Oxşar aksiya ilk dəfə 2002-ci ildə Nyu-Yorkda keçirilib. İldə bir günü şalvarsız keçirmək ideyası sonradan Avropanın 60-dan çox şəhərinə yayılıb.

Fleşmobun iştirakçıları bildirirlər ki, onların məqsədi sərnişinləri və onları əhatə edən insanları şadlandırmaq, əhval-ruhiyyələrini qaldırmaq, həmçinin gündəlik ətaləti yox etməkdir.










Şalvarsız bir gün