Hazırda Afrikada cəmi 600 min fil yaşayır, ancaq hər il onların sayı 38 min azalır. Fillərin azalmasının əsas səbəbi onların dişlərinə görə qanunsuz yolla ovlanmasıdır. Fillərin bala vermə səviyyəsinin azalması da nəzərə alınarsa, ən gec 15 ildən sonra Afrikada fillərin nəsli kəsiləcək.

Unikal.org xəbər verir ki, ABŞ və Avropada fillər Afrika, Hindistan kimi ölkələrdən gətirilərək xüsusi şəraitdə saxlanılır. Onların müalicə və müayinəsi üçün bütün tədbirlər görülür.

Sizə filin doğum anın videosun təqdim edirik.

Qeyd edək ki, quru canlıları arasında ən böyük beyin filə məxsusdur. Lakin filin beyni bədəninin ölçüsünə baxdıqda balacadır. Fillər öz emosiyalarını çox gözəl ifadə edə bilirlər. Onların mimikası qulaqlarının, başlarının və xortumlarının hərəkəti ilə ifadə olunur. Fillər dəstələrinin üzvlərinə mehriban yanaşırlar. Lakin onlar digər heyvanlara qarşı da yaxşı olurlar bu da onu göstərir ki onlar çox ağıllıdılar. Məsələn, fillər dəstə üzvlərindən birinin ölümün çox ağır keçirirlər. Onlar bir neçə gün ölmüş üzvün cəsədinin ətrafında toplanıb qalırlar. Hətta fillər öldükdən sonra öz yoldaşlarının üzərinə ot da tökürlər onu basdırmaq üçün. Onların daha bir üstünlüyü də yaddaşlarıdır. Fillər onları incidən insanların üzlərini yadlarına saxlayırlar və illər sonra ntiqamlarını alırlar.Bəzən bu intiqam ölümlə bitir.