Bu gün Qarabağ qazisi Sərxan Tahirzadənin toyudur. 

Unikal.org qaziler.az saytına istinadən xəbər verir ki, toy hazırda Bakıdakı məşhur şadlıq saraylarından biri keçirilir.

Toyda millət vəkili Qənirə Paşayeva, millət vəkili Məlahət İbrahimqızı, telejurnalist İlhamiyyə Rza, Qarabağ qazisi Rey Kərimoğlu, siyasətçi Etibar Məmmədov da iştirak edirlər.

Xatırladaq ki, Qarabağ qazisi Sərxan Tahirzadə 2014-cü ilin yayında hər iki ayağını Ağdam cəbhəsində-düşmən təxribatının qarşısını alarkən itirib.

Cəbhəd hər iki ayağını itirən Sərxanın toyudur -  Fotolar

Cəbhəd hər iki ayağını itirən Sərxanın toyudur -  Fotolar