Türkiyənin Ərzurum əyalətində bir qrup təqaüdçü ləyənlərlə sürüşmək üçün dağa çıxıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumat "Daily Mail"-də yer alıb. Məlumata görə, təqaüdçülər televiziyada qadınların qarda ləyənlərlə sürüşdüklərini gördükdən sonra həvəsə düşüblər. Onların bu eskprementi telefon vasitəsi ilə lentə alınıb. 5 nəfərdən ibarət qrup bu təcrübədən həzz aldıqlarını bildiriblər.

Cafər Sönməz adlı təqaüdçü televizorda gördüyü qadınlara meydan oxuyub: "Onları televizorda gördükdən sonra biz də öz kəndimizdə belə bir şey etmək istədik. Buradan onlara səslənirik, gələn il görüşüb biri-birimizlə yarışaq ".