İspan alimləri insan dərisinin tamamilə eynisi çap edə bilən bioprinter hazırlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Science News Journal nəşri məlumat yayıb.

Karlos III Madrid universitetinin alimlər qrupu, energetika, ətraf mühit və texnologiyalar (CIEMAT) sahəsinin tədqiqatlaçıları, həmçinin Qreqorio Maranyon adına Madrid Universitet hospitalının mütəxəssisləri bioloji materiallar çap edə bilən 3D printer düzəldiblər.

Tədqiqatlar göstərir ki, alınmış dəri tamamilə funksionaldır və tibbdə, transplantologiyada, həmçinin kosmetik məhsulun və məişət kimyasının yoxlanması üçün istifadə etmək mümkündür.

Çap edilmiş dəri insan dərisinin quruluşunu təkrarlayaraq, qat-qat çap edilir, epiderma və dermadan ibarətdir. Özü dəriyə elastiklik verən kollagen istehsal edir.

Prosesdə iştirak edən BioDan Group firması məhsulu yaxın vaxtlarda bazara çıxaracağını bildirib.