Bakıda yaşayan 15 yaşlı Rəvanə 10 yaşına qədər danışmayıb. 

Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, valideynləri elə biliblər ki, o, laldır. 5 il əvvəl isə möcüzə adlandıra biləcəyimiz hadisə baş verib.

İlk dəfə dil açanda uşaq səsi ilə danışsa da, indi Rəvanə hətta peşəkar muğam ifaçıları kimi zəngulələr vurur.

10 il danışmayan Rəvanənin anası, sanki o illərin acığını çıxmaq üçün indi istəyir ki, qızı doyunca oxusun. Bəzən özü və ailə üzvləri də Rəvanəyə qoşulub muğam ifa edirlər.

Möcüzə kimi ömür yaşayan Rəvanənin gələcək arzuları da elə muğamla bağlıdır.