Pakistanın Kəraçi şəhərində Əfqanıstan konsulluğunda atışma baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində konsulluğun bir əməkdaşı həlak olub.

Yerli polisin məlumatına görə, konsulluğun mühafizəçisi mübahisə zəminində konsulluğun üçüncü katibinə odlu silahdan atəş açıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Qeyd olunur ki, hadisədən dərhal sonra mühafizəçi polis tərəfindən saxlanılıb.