Quba Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
Unikal.org xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Süleyman Nemətov Quba RPŞ-nə rəis vəzifəsinə təyinat alıb.
Quba RPŞ-dən faktı təsdiqləyiblər. 

Xatırladaq ki, Süleyman Nemətov Nəsimi və Sumqayıt Polis İdarəsinə yeni rəis müavini vəzifəsində çalışıb.