Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə iki ərəfli görüş keçirəcək.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri öncəsi özü məlumat verib. 

Qeyd edək ki, daha əvvəl "Wall Street Journal" nəşri ABŞ prezidenti Barak Obamanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etdiyini yazmışdı. 

Xatırladaq ki, Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq Sammit 31 mart – 1 aprel tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Sərgi Mərkəzində keçiriləcək. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.