Bakı metrosunda qadın sərnişinin çantası oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, cari il aprel ayının 7-də metronun "20 Yanvar" stansiyasında Bakı şəhr sakini Rəvanə Yusifovanın içərisində eynək, kosmetik əşyalar və mobil telefon olan çantası oğurlanıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Cəlal Məmmədov tutulub.