Bakıda gənclər Şəhidlər Xiyabanına anım yürüşü keçirir.

Unikal.org report-a istinadən bildirir ki, aksiyada minlərlə gənc iştirak edir.

Aksiya iştirakçıları Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində şəhid olan hərbi qulluqçuların xatirəsini yad edib.

Şəhidlər Xiyabanı ziyarət olunub.

Aksiyada "Qarabağ bizimdir!", "Əsgər irəli!", "Şəhidlər ölməz, vətən bölünməz!" şüarları səsləndirilib.