Bakının Suraxanı qəsəbəsində qətl hadisəsi törədilib.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində münaqişə zəminində tanışı Fərhadı bıçaqla qətlə yetirib.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub.