Kürdəmir rayonu ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin metal barmaqlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb. 
Unikal.org DİN-nin saytına istinadən xəbər verir ki, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 22-də Ərəbxana kəndi ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin metal barmaqlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən həmin kəndin sakini Zahir Quliyev saxlanılıb.