Bağ evlərini qarət edən şəxs tutulub.

Unikal.org məlumat verir ki, hadisə Sumqayıtda baş verib. Bir neçə şəxs polisə məlumat verib ki, evdə olmadıqları vaxt mənzillərindən oğurluq olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli kimi Rəfael Mehdiyevi saxlayıb. İlkin ifadəsi zamanı saxlanılan şəxs Sumqayıt şəhəri bağlar massivində yerləşən 9 həyət evindən məişət əşyaları oğurladığını etiraf edib.