Gədəbəydə döyülmə faktı qeydə alınıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Qızıltorpaq kənd sakini 1991-ci il təvəllüdlü Hüseynov Eldəniz Dəmir oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, E. Hüseynov tanıdığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.