Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Eyvazzadə Tural Qənbər oğlu tanımadığı şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.