Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün saxlanılıblar.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, iyunun 30-da Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinədara 100 manatlıq saxta əsginas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil veriliblər.